RU

Yəməndə təxminən 2 milyon qadın səhiyyə xidmətlərindən istifadə edə bilməyəcək



Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Yəməndə resurs çatışmazlığı səbəbindən 2025-ci ilə qədər təxminən iki milyon qadının əsas səhiyyə xidmətlərinə çıxışı məhdudlaşacağını bildirib.BMT-nin Əhali Fondunun veb saytında dərc olunmuş bəyanatda Yəməndə münaqişə, siyasi bölünmə, iqtisadi çöküş və əsas xidmətlərə çıxışda çətinliklərin yaratdığı uzunmüddətli humanitar böhran vurğulanıb.
Bəyanatda Yəməndə davam edən humanitar böhranın əsas yükünü qadınların daşıdığı vurğulanaraq bildirilir: "Reproduktiv sağlamlıq və gender əsaslı zorakılıqdan qorunma ilə bağlı xidmətlər ciddi təzyiq altında olduğundan, bu böhranın ən böyük yükünü qadınlar və qızlar daşıyır".

Bəyanatda qeyd olunur ki, ölkədə ərzaq təhlükəsizliyinin olmaması, köçkünlük və əsas xidmətlərin dağılması ana ölümünün, eləcə də istənməyən hamiləliklərin və zorakılıq hallarının artmasına səbəb olub.

"Resurs çatışmazlığı humanitar yardım səylərinin miqyasına və davamlılığına əhəmiyyətli dərəcədə təsir göstərib. Yəmən Humanitar Yardım Planı çərçivəsində 2025-ci ilə qədər qadın və qızları dəstəkləmək üçün 70 milyon dollar tələb etsək də, yalnız 25,5 milyon dollar toplaya bildik. Buna görə də, 44,5 milyon dollar kəsirimiz var".

Bəyanatda həmçinin resurs çatışmazlığı səbəbindən xidmətlərini 40% azaltmaq məcburiyyətində qaldıqları və ötən il Yəməndə təxminən 2 milyon qadın və qızın bu resurs çatışmazlığı nəticəsində əsas səhiyyə xidmətlərindən məhrum olduğu bildirilir.

aia.az
Tərcümə şöbəsi



Избранный
13
aia.az

1Источники