ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişinə razı olacağına ümid etdiyini bildirib.
“Hazırda başqa bir “gözəl armada” İrana doğru gözəl şəkildə üzür. Görəcəyik. Ümid edirəm ki, razılaşmaya gedəcəklər. Onlar bunu əvvəldən etməli idilər”, – deyə Tramp bildirib.O, iyun ayında ABŞ-ın “Gecəyarısı Çəkic” əməliyyatı zamanı İranın nüvə obyektlərinə zərbə endirdiyini da xatırladıb.
Daha əvvəl “Axios”a verdiyi müsahibədə Tramp İranla bağlı vəziyyətin “dəyişkən” olduğunu və İran hakimiyyətinin razılaşma istədiyini bildirmişdi.
Nəşrin ABŞ administrasiyasındakı mənbələri İranla hər hansı bir razılaşmanın ölkədən zənginləşdirilmiş uranın çıxarılması, zənginləşdirmənin qadağan edilməsi, uzun mənzilli raket ehtiyatlarının məhdudlaşdırılması və regional proksi qüvvələri dəstəkləmək siyasətində dəyişiklik edəyəcəyinə ümüd edir.
//Samir Qurbanov, Editor.az