RU

Professor Dərya Unutmaz Bakı məktəbliləri ilə görüşdü -

Bakı şəhəri 225 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın yetirmələri ilə dünya miqyasında tanınan azərbaycanlı alim, süni intellekt və müasir elmi texnologiyalar üzrə mütəxəssis professor Dərya Unutmazın görüşü keçirilib.Metbuat.az xəbər verir ki, görüş məktəbin direktor müavini, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru Zenfira Nusalovanın təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi şagirdləri müasir elm sahələri, xüsusilə süni intellektin imkanları və gələcək perspektivləri ilə yaxından tanış etməkdir. Tədbirdə professor Dərya Unutmazın köməkçisi, yüksək intellekti və peşəkarlığı ilə seçilən Aytən xanım da iştirak edib. Onun elmi proseslərdə fəal rolu və gənclərlə ünsiyyəti tədbirə xüsusi dəyər qatıb.Görüşdə, həmçinin, Azərbaycanın istedadlı gəncləri Rihad Cəfərov və Nihad Cəfərov iştirak etmiş, elmə və texnologiyaya maraqları, fəal mövqeləri ilə şagirdlər üçün nümunə olub. Onların iştirakı gənclər arasında elmi düşüncənin inkişafı baxımından xüsusi əhəmiyyət daşımışdır.Professor Dərya Unutmaz çıxışı zamanı süni intellektin elmdə tətbiqi, innovasiya, böyük verilənlərin analizi və gələcəyin peşələri barədə ətraflı məlumat verib, gəncləri daim öz üzərlərində işləməyə və elmə sevgi ilə yanaşmağa çağırıb.

Görüş şagirdlərin böyük marağı, canlı müzakirələr və sual-cavab şəraitində keçmiş, iştirakçılar üçün unudulmaz və ilhamverici bir elm bayramı kimi yadda qalıb.

Избранный
13
metbuat.az

1Источники