RU

Kuba yazarı Xose Martini doğumunun 173 cü ilində Bakıda anıldı

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

28 yanvar , 2026-cı il Kubanın Azərbaycandakı səfirliyində Kubanın məşhur yazıçı, şair və jurnalisti Xose Martinin anadan olmasının 173-cü ili münasibətilə Tədbir keçirildi.

Tədbir Kubanın Azərbaycandakı Səfiri Cənab Carlos Valdes və Venesuelanın Azərbaycandakı səfiri cənab Kristofer Alberto Martinezin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu.

Cənab Carlos Valdes Latın Amerikası ədəbiyyatında əhəmiyyətli yer tutan və Kubanın Milli Qəhrəmanı kimi tanınan Xose Martinin həyat və yaradıcılığı haqqında məlumat vermiş, Venesuela səfiri Cənab Kristofer Martinezlə birlikdə Azərbaycan - Kuba - Venesuela arasında dostluq körpülərindən söz açmış, son aylarda ölkələrində baş verən siyasi hadisələrə görə təəssüf hiss yaşadıqlarını bildiriblər.

Sonra Azərbaycan Respublikasının Xalq Rəssamı Arif Hüseynov çıxış etmiş, Xose Martinin çəkdiyi portretini Kuba Səfirliyinə hədiyyə etməsindən və onun bir neçə şeirindən təsirlənərək yaratdığı nümunələrdən söz açmışdır.

Tədbirdə Kubanın Paytaxtı Havana şəhərindən doğulmuş ilk Azərbaycanlı Sovet Vətəndaşı kimi tarixə düşən Kəmalə xanımın iştirakı da böyük marağa səbəb olmuşdur. Onun dediyinə görə Atası neft mütəxəssisi olaraq Kubada çalışdığı üçün ömrünün bir neçə ilini orada keçirmiş və neft sahəsində böyük yeniliklər etmiş, diplomlarla mükafatlandırmışdır. O, atasına Kubada yaşayarkən hədiyyə edilmiş Raul Kastronun portretini də Kuba Səfirliyinə hədiyyə etmişdir. Tədbirdə həmçinin Azərbaycan Xarici Dillər Universitetinin müəllimləri və orada staj keçən İspan dili tələbələri, Şair Aysel Xanlarqızı , Arzu Murad , ADU-nun məzunlarından Aytel Hüseynzadə, Nuray Çələbiyeva və başqaları da iştirak etmişdir.

Bütün dünyadakı insanların sülh və əminamanlıq içində yaşamalarını diləyərək tədbir xatirə fotoşəkilləri ilə sonlandırılmışdır.

Son olaraq Xose Martinin türk dilinə tərcümə edilmiş “İki yurd” adlı şeirini təqdim edərək xatirəsini bir daha yad edir, qoy həmişə dünyada sülh olsun deyirik:

İKİ YURT

İki yurdum var benim: Küba ve gece.

İkisi de bir sayılır aslında. Yiterken

Güneşin görkemi, Küba

Üzgün bir dul gibidir

Uzun örtüleri içinde, suskun, elinde karanfil.

Bilirim ne olduğunu elinde ürperen

Bu kanlı karanfilin! Bomboş

Göğüs kafesim, bomboş, paramparça

İçinde yüreğimin çırpındığı. Vaktidir

Ölüme gitmenin. Uygundur gece

Elvedalara. Işık engeller bizi.

Sözler de. Evren

İnsandan daha ustadır konuşmada.

Bayrak gibi

Kavgaya çağıran bir bayrak gibi

Işıldıyor kızıl alevi mumun, açıyorum

Pencereleri. Daralıyor yüreğim.

Küba, dul Küba, göğü karartan

Bir bulut gibi sessizce geçiyor

Kopararak yapraklarını karanfilin...

Aysel Xanlarqızı Səfərli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

2Источники