Müəllimlərin müasir dövrün tələblərinə uyğun peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yeni təhsil təşəbbüsünə start verilir.
“EduTime” Təhsil və İnkişaf Mərkəzi Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti ilə birgə “XXI əsrdə müəllim olmaq: Yeni imkanlar və peşəkar bacarıqlar” mövzusunda onlayn seminar təşkil edir.
İki moduldan ibarət olacaq seminar çərçivəsində müasir təhsil mühitində müəllimin dəyişən rolu, şagird və tələbələrlə effektiv ünsiyyətin qurulması, rəqəmsal alətlərin dərs prosesində tətbiqi, eləcə də müasir və motivasiyaedici tədris yanaşmaları ətraflı şəkildə iştirakçılara təqdim olunacaq.
Seminar İstanbul Aydın Universitetinin peşəkar və nüfuzlu akademik heyətinin iştirakı ilə onlayn formatda (Zoom / MS Teams platformaları üzərindən) keçiriləcək. Təlimi uğurla başa vuran iştirakçılara İstanbul Aydın Universiteti tərəfindən rəsmi sertifikat təqdim olunacaq.
Qeyd edək ki, seminar ödənişlidir. Təlimdə iştirak üçün qeydiyyatın son tarixi 2 fevral 2026-cı il olaraq müəyyən edilib.
Ətraflı məlumat və qeydiyyat üçün (051 937 71 17) nömrəsi ilə əlaqə saxlamaq, həmçinin EduTime Təhsil və İnkişaf Mərkəzinin rəsmi Instagram səhifəsinə müraciət etmək mümkündür.