"Football-plus.az" xəbər verir ki, o, bu haqda ölkəsinin "bahianoticias.com.br" saytına danışıb.
28 yaşlı futbolçu deyib ki, ÇL-dəki bu anlar üçün çox xoşbəxtdi:
"Çempionlar Liqası hər bir futbolçunun çıxış etmək arzusunda olduğu səhnədir. Belə səviyyəli oyunlarda “Qarabağ”a kömək etmək mənim üçün xüsusi bir hissdir. Komandamızın işi çox güclüdür və biz yenə tarix yaza biləcəyimizi bilirik. Hazırda əsas məsələ soyuqqanlı qalmaq və məqsədimizə köklənməkdi".
Ağdam təmsilçisinin tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlmək şansı var.