RU

Orban Ukraynanı hədəfə alıb

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyi - Ukrayna münasibətləri ilə bir-birinin ardınca maraqlı açıqlamaları ilə gündəmdədir. Oqban bütün açıqlama və fikirlərini Ukraynaya qarşı yönəldib. Orban bildirib ki, Avropa Birliyi bir il ərzində Ukraynaya 1,5 trilyon avro ayırmağı və bu ölkəni Avropa Birliyinə qəbul etməyi planlaşdırır.

Orban vurğulayıb ki, AB Ukraynaya 800 milyard avro yardım, üstəgəl 10 il ərzində əlavə 700 milyard avro ayırmağı və Ukraynanın Avropa Birliyinə üzvlüyünü 2027-ci ilə qədər təmin etməyi planlaşdırır: “Macarıstan buna qarşıdır. Düşünmürəm ki, Macarıstanda növbəti yüz il ərzində ukraynalıların AB-yə qoşulmasına səs verəcək bir parlament olsun”.

Daha sonra Orban X səhifəsində yazıb ki, AB Macarıstandan pulun Ukraynaya ayrılması üçün ailə dəstəyi, pensiya, ucuz enerji, xəstəxanalar və ədalətli vergi sistemindən imtina etməyi tələb edir.

"Ukrayna növbəti on il ərzində hərbi xərclər nəzərə alınmadan 800 milyard avro tələb edir. Biz imtina edirik! Bu yol Avropanı zəiflədir və onu iqtisadi çöküşə aparır. Macarıstan öz xalqının mənafeyini hər şeydən üstün tutmağa davam edəcək", - o bildirib.

“Macarıstan İkinci Dünya müharibəsinin dərslərini öyrənib və artıq başqalarının maraqları naminə döyüşməyəcək”. Bu fikri də Macarıstanın Baş naziri Viktor Orban Feysbuk səhifəsində yazıb.

O xatırladıb ki, 1943-cü il yanvarın 12-də sovet qoşunları Yuxarı Don çayı istiqamətində genişmiqyaslı hücuma keçib və nəticədə 2-ci Macarıstan ordusu məğlubiyyətə uğrayıb. Ordunun tərkibində olan 200 min əsgərdən 148 mini öldürülüb, yaralanıb, itkin düşüb və ya əsir götürülüb.

“Dərs çıxarılıb. Macarıstan bir daha heç vaxt xarici maraqlar uğrunda mübarizə aparmayacaq”, - deyə o qeyd edib.

Orban Ukraynadakı müharibəsinin başa çatdırılmasında ən böyük əngəl Avropanın olduğunu da deyib. O qeyd edib ki, Avropa liderləri Ukraynada müharibənin davam etdirilməsini dəstəkləməsydilər, hazırda sülh olardı.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışı zamanı Avropanın hesabına yaşayan, lakin onun maraqlarını satan hər bir Viktorun (Macarıstan Baş naziri Viktor Orbanı nəzərdə tutub – red.) biləyinə şillə vurulmalı olduğunu deyəndən sonra Orban ona “Budapeşt təzyiq və təhdidlərə boyun əyməyəcək” cavabını verib.

“Macarıstanı qorxutmaq olmaz. Liderlər gəlib gedir, şəxsi təhqirlər baş verə bilər, amma Macarıstanın ləyaqəti müzakirə mövzusu deyil”, - Orban bildirib.

O, həmçinin ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartoya Kiyevin Budapeştə ünvanladığı təhdidlərlə bağlı Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb.

Orban bu barədə öz Feysbuk səhifəsində paylaşım edib.

"Biz kiməsə Macarıstanın suverenliyini və ya Macarıstanda seçkilərin dürüstlüyünü təhlükə altına qoymağa icazə verə bilmərik. Buna görə də bu gün mən xarici işlər naziri Peter Siyartoya Ukraynanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırdım", - nazir yazıb.

Orbanın növbəti fikir isə Avropa Birliyinin artıq müharibəyə başlaması ilə bağlıdır. O, deyib: “Avropa Birliyi zəruri hallarda Ukraynaya qoşun göndərməyə hazırdır. "Hətta indi də lazım gələrsə, Ukraynaya əsgər göndəriləcəyi barədə imzalanmış müqavilə var. Beləliklə, Avropa sadəcə hazırlaşmır, artıq müharibəyə başlayıb".

Orbanın məlum açıqlamasına ukraynalı siyasətçilərin fikirlərini öyrəndik.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib ki, əgər Orban 2026-cı il 6 yanvarda Paris bəyannaməsini şərh edirsə ("Ukraynada davamlı və davamlı sülh üçün etibarlı təhlükəsizlik zəmanətləri") Davos sammitindən sonra onun reallaşması böyük sual altındadır. Orban AB-də hər hansı bir konfederativ sənəd qəbul edərsə, onları öyrənmək lazımdır: “Düşünürəm ki, Orbanın Macarıstandakı seçkilərin keçirilməsində mövqeyi dəyişməzdir - Trampın dəstəyi, Putin və Si ilə ünsiyyət. Hərbi avadanlıq və kreditlər, qrantlar vasitəsilə Ukraynanı maliyyələşdirmək lazımdır”.

Strateji Araşdırmalar İnstitutunun direktor müavini Maksim Palamarçukun fikrincə, yəqin ki, belə bir şey mümkün variantlardan biri kimi müzakirə edilib: “Lakin onun şişirtməyə birbaşa həvəsi var -o, ön sıradakı şirkətdədir və qalib gəlmək üçün çalışır, Macarıstanın müharibədə iştirakı ilə əhalini qorxudur”.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us: “Viktor Orban bir çox açıqlamalar verdi. Məsələn, Ukraynanın 2027-ci ilə qədər AB-yə qoşulması haqqında. Ancaq bu ifadələr reazllıqla uzlaşa bilməyəcək fikirlərdir. Orbanın aprel ayında seçkiləri var. Və proqnozlara görə, seçkini itirir. Beləliklə, o, digər siyasətçilərdən fərqli olaraq Macarıstan və Aİ-ni müharibəyə cəlb etməyə imkan verməyəcək bir siyasətçi kimi müxtəlif açıqlamalar verməklə özünü göstərir».

İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday: “Viktor Orbanın bəyanatı ilk növbədə Macarıstanın daxili auditoriyası üçün hazırlanan siyasi manipulyasiya kimi qiymətləndirilməlidir. Bu günə qədər Avropa Birliyinin Ukraynaya hərbi kontingentlərin göndərilməsi ilə bağlı rəsmi təsdiqlənən bir qərar və ya razılaşma yoxdur. Avropa Birliyi hərbi blok deyil və qoşunların kollektiv giriş mexanizmlərinə sahib deyil. Bu cür addımlar bir qurum olaraq AB adından deyi, yalnız ayrı-ayrı dövlətlər səviyyəsində və yalnız onların suveren qərarları çərçivəsində mümkündür. Bu kontekstdə Orbanın sözləri anti-Brüssel ritorikasının bir elementi və qorxuları artırmaq cəhdi kimi görünür. Avropa Birliyinin real mövqeyi dəyişməz olaraq qalır: Ukraynanın siyasi, maliyyə və hərbi vasitələrlə dəstəklənməsi, Ukrayna hərbçilərinin təhsili və AB qoşunlarının rəsmi girişi olmadan Rusiyaya sanksiya təzyiqi”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
icma.az

1Источники