RU

Rusiya ilə Ukrayna arasında ikitərəfli görüş keçiriləcək - Rubio

Bakı. Trend:

Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna üzrənizamlanma prosesinə dair danışıqları ikitərəfli formatda davametdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bubarədə ABŞ-ın dövlət katibi Marko Rubio məlumat verib.

Onun sözlərinə əsasən, ötən həftə BƏƏ-də uzun fasilədən sonraABŞ-ın iştirakı ilə ilk dəfə üçtərəfli görüş təşkil olunub. Həmindanışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsiStiven Uitkoff, amerikalı iş adamı Cared Kuşner, həmçinin Rusiya vəUkrayna tərəflərinin nümayəndələri iştirak ediblər.

Rubio qeyd edib ki, bu həftə nəzərdə tutulan növbəti görüş artıqyalnız Rusiya və Ukrayna arasında baş tutacaq və bu mərhələdəStiven Uitkoffla Cared Kuşner prosesdə iştirak etməyəcəklər.

Eyni zamanda, ehtiyac yaranarsa, ABŞ nümayəndələrinindanışıqlara qoşulması ehtimalı da istisna edilmir.

Избранный
45
1
az.trend.az

2Источники