RU

“Liverpul” “Qarabağ”a 4-cü qolu vurub - YENİLƏNİB 4

“Liverpul”
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda 4-cü qol vurulub. 1news.az xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində “Liverpul”un futbolçusu Hugo Ekitike fərqlənərək komandasının üstünlüyünü daha da artırıb.
Qeyd edək ki, matçın ilk hissəsində hesabı 15-ci dəqiqədə Aleksis Makallister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək “Liverpul”u 2:0 üstünlüyə çıxarmışdı. İkinci hissənin 50-ci dəqiqəsində isə Muhammed Salah üçüncü qolunu vurmuşdu. *** 01:07 UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda 3-cü qol vurulub. 1news.az xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində “Liverpul”un futbolçusu Muhammed Salah fərqlənərək komandasının üstünlüyünü artırıb. Qeyd edək ki, matçın ilk hissəsində hesabı 15-ci dəqiqədə Aleksis Makallister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək “Liverpul”u 2:0 üstünlüyə çıxarmışdı. *** 00:53 UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda birinci hissə yekunlaşıb. 1news.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan qarşılaşmanın ilk 45 dəqiqəsindən sonra meydan sahibləri “Liverpul” 2:0 hesabı ilə üstünlük əldə edib. Birinci hissəyə 2 dəqiqə əlavə olunub. Qeyd edək ki, matçda hesabı 15-ci dəqiqədə Aleksis Makallister açıb. 21-ci dəqiqədə isə Florian Virts fərqlənərək hesabı 2:0-a çatdırıb. *** 00:25 UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda növbəti qol vurulub. 1news.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan qarşılaşmanın 21-ci dəqiqəsində “Liverpul”un heyətində Florian Virts fərqlənərək hesab arasındakı fərqi artırıb. Qeyd edək ki, matçda hesabı 15-ci dəqiqədə “Liverpul”un futbolçusu Aleksis Makallister açıb. *** 00:17 UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçirilən “Liverpul” – “Qarabağ” oyununda hesab açılıb. 1news.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri hesabda irəli çıxıblar. “Liverpul”un heyətində Aleksis Makallister 15-ci dəqiqədə fərqlənib *** 00:01 UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyun başlayıb. 1news.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

Избранный
9
4
1news.az

10Источники