RU

“Qarabağ” uduzsda, “pley-off”a yüksəldi

“Qarabağ”
Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində VIII tur matçına çıxıb. 1news.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi “Liverpul”la qarşılaşıb. “Enfild” stadionunda keçirilən görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq ilk 24-lüyə düşməyi bacarıb və pley-off mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

Qeyd edək ki, matçda “Liverpul”un heyətində hesabı 15-ci dəqiqədə Alexis Mac Allister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək komandasını 2:0 üstünlüyə çıxarmışdı. İkinci hissədə 50-ci dəqiqədə Muhammed Salah, 57-ci dəqiqədə Hugo Ekitike, 68-ci dəqiqədə isə Alexis Mac Allister qollarını vurmuş, 90-cı dəqiqədə Federico Chiesa komandasının üstünlüyünü 6:0-a çatdırmışdı. Oyunda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç 70-ci dəqiqədə sarı vərəqə almışdı.

Избранный
24
1
1news.az

2Источники