RU

ÇL-də Liqa mərhələsinə yekun vuruldu – ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün qarşılaşmaları eyni vaxtda start götürüb.

“Qarabağ”ın İngiltərədə “Liverpul”a böyük hesabla yenildiyi gündə Türkiyə çempionu “Qalatasaray” da səfərdə “Mançester Siti”nin qonağı olub və 2 cavabsız qolla uduzub. İspaniya nəhəngi “Real” Portuqaliyada “Benfika”ya məğlub olub. “Napoli” də “Çelsi” ilə ev oyununda xalsız qalıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
28 yanvar

PSJ (Fransa) – Nyukasl (İngiltərə) 1:1
Mançester Siti (İngiltərə) – Qalatasaray (Türkiyə) 2:0
Liverpul (İngiltərə) – Qarabağ (Azərbaycan) 6:0
Borussiya (Dortmund, Almaniya) – İnter (İtaliya) 0:2
Barselona (İspaniya) – Kopenhagen (Danimarka) 4:1
Arsenal (İngiltərə) – Kayrat (Qazaxıstan) 3:2
Bayer (Almaniya) – Vilyarreal (İspaniya) 3:0
Atletiko (İspaniya) – Bodo Qlimt (Norveç) 1:2
Benfika (Portuqaliya) – Real (İspaniya) 4:2
Ayntraxt (Almaniya) – Tottenhem (İngiltərə) 0:2
Brügge (Belçika) – Olimpik (Marsel, Fransa) 3:0
PSV (Niderland) – Bayern (Almaniya) 1:2
Ayaks (Niderland) – Olimpiakos (Yunanıstan) 1:2
Napoli (İtaliya) – Çelsi (İngiltərə) 2:3
Monako (Fransa) – Yuventus (İtaliya) 0:0
Yunion (Belçika) – Atalanta (İtaliya) 1:0
Atletik (İspaniya) – Sportinq (Portuqaliya) 2:3
Pafos (Kipr) – Slaviya (Praqa, Çexiya) 4:1

Bu nəticələrdən sonra maksimum nəticə göstərmiş “Arsenal” (24 xal), eləcə də “Bayern” (21), “Liverpul” (18), “Tottenhem” (17), “Barselona” (16), “Çelsi” (16), “Sportinq” (16) və “Mançester Siti” (16) ÇL-in 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

“Real” (15), “İnter” (15), PSJ (14), “Nyukasl” (14), “Yuventus” (13), “Atletiko” (13), “Atalanta” (13), “Bayer” (12), “Borussiya” (11), “Olimpiakos” (11), “Brügge” (10), “Qalatasaray” (10), “Monako” (10), “Qarabağ” (10), “Bodo Qlimt” (9) və “Benfika” (9) da 1/8 finala vəsiqə uğrunda pley-off görüşləri keçirəcəklər.

“Olimpik” (Marsel), “Pafos”, “Yunion”, PSV, “Atletik”, “Napoli”, “Kopenhagen”, “Ayaks”, “Ayntraxt”, “Slaviya”, “Vilyarreal” və “Kayrar” isə ÇL-lə vidalaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
20
10
arena.az

10Источники