RU

Trubinin qolu “Benfika”ya “Real” üzərində qələbə qazandırdı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində Portuqaliyanın “Benfika” klubu İspaniyanın “Real” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, matç Lissabonun “Da Luş” stadionunda keçirilmiş və 3:2 hesabı ilə “Benfika”nın qələbəsi ilə yekunlaşıb. Baş hakim İtaliyanın Davide Massa olub.

Görüşdə 16-cı dəqiqədə Massa “Real”ın qapısına penalti təyin etsə də, VAR müdaxiləsindən sonra qərar dəyişdirilib. 30-cu dəqiqədə Kiliyan Mbappe Madrid komandasını hesabda önə çıxarıb. 36-cı dəqiqədə Andreas Şelderup tarazlığı bərpa edib. 45+6-cı dəqiqədə Vangelis Pavlidis penalti ilə “Benfika”nı önə keçirib. 54-cü dəqiqədə Şelderup dubla imza atıb, 58-ci dəqiqədə isə Mbappe hesabı yenidən yaxınlaşdırıb.

Oyun sonlarında isə 90+3-cü dəqiqədə Raul Asensio, 90+7-ci dəqiqədə isə Rodrigo ikinci sarı vərəqələrdən qırmızı alaraq meydandan kənarlaşdırılıb. 90+8-ci dəqiqədə ukraynalı qapıçı Anatoliy Trubin başla fərqlənərək dördüncü qolu vurub və komandasını Çempionlar Liqasının pley-off mərhələsinə çıxarıb.

Bu nəticə ilə “Real” 8 oyunda 15 xal toplayaraq 1/8 finala vəsiqə qazana bilməyib, “Benfika” isə 9 xalla pley-off zonasında turniri davam etdirəcək.

Избранный
49
48
90deqiqe.az

10Источники