RU

Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

Məğlubiyyətə baxmayaraq, "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində 22-ci pilləni tutaraq, pley-offa yüksəlməyi bacarıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda altıncı qol vurulub.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:0.

90+1-ci dəqiqədə Federiko Kyeza adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda beşinci qol vurulub.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.

60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olub.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.

57-ci dəqiqədə Yoqo Ekitike diqqət mərkəzinə düşüb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

50-ci dəqiqədə Məhəmməd Salah qapını dəqiq nişan alıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə öndədirlər.

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiirblər - 2:0.

21-ci dəqiqədə Florian Virts adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

Aleksis Makallister 15-ci dəqiqədə fərqlənib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda keçirilir.

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

Избранный
78
6
far.az

10Источники