RU

Qurban Qurbanov: "Böyük futbolun nə demək olduğunu "Liverpul"la oyunda dərk etdik"

"Azərbaycan xalqını təbrik edirəm. Biz böyük futbolun nə demək olduğunu "Liverpul"la oyunda dərk etdik".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Liverpul"la oyundan sonra açıqlamasında deyib.

"Burada olan klublar böyük komandalardır. Bizə hansı rəqibin düşməsindən asılı olmayaraq ona qarşı da hazırlaşacağıq".

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv PSJ (Fransa) və ya "Nyukasl Yunayted" (İngiltərə) komandalarından birinə rəqib olacaq. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.

Milli.Az 

Избранный
97
1
milli.az

10Источники