RU

0:6 hesabıyla məğlub olsaq da, çox sevincliyəm Qurban Qurbanov

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Öz futbolçularımızı, futbol camiəmizi, xalqımızı təbrik etmək istəyirəm. Belə böyük turnirdə böyük bir addım atdıq. həqiqətən sevindiricidi"."Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"la görüşdən (0:6) sonra "İctimai" TV-yə açıqlamasında deyib.Ağdam təmsilçisi matçda uduzsa da, turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsqə qazanıb. Qurban bəy komandasının uğurunu şərh edib:

"Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olmağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdi. Bu gün Liverpulda bunu hiss etdik. 0:6 hesabıyla məğlub olsaq da, çox sevincliyəm. İlk "24-lüy"ə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0:1, 0:2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq".

O, pley-off mərhələsinin püşkatması haqda da danışıb. "Qarabağ"ın potensial rəqibləri PSJ və "Nyukasl"dı. Mütəxəssis bu barədə deyib:

"Fikir bildirmək mənim üçün bir məşqçi kimi çətin olar. Bəlkə də düzgün olmaz. Xeyirlisini Allahdan istəyəcəyik. Hansı azarkeşlərimiz üçün daha faydalıdısa, zövqlüdüsə, hansı bizim xeyrimizədisə, o olsun. İstənilən halda bunlar böyük klublardı. Biz oturub püşkdə hansı klubun düşməsini arzu etməməliyik. Hansı düşsə, onunla qarşılaşacağıq".

Xatırladaq ki, pley-off üçün püşk yanvarın 30-da atılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
13
icma.az

10Источники