RU

Güləli Bağırova Əməkdar elmlər doktoru və fəxri professor titulları verilib

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsveçrənin Qərb və Şərq Demokratiya, İnkişaf və Dialoq Akademiyası Senatının yekdil qərarına əsasən, "Azturk Holding"in prezidenti Güləli Bağırov fəxri doktor adına layiq görülüb.Newscenter.az xəbər verir ki, Güləli Bağırov yeni iqtisadi model, idarəetmə fəlsəfəsi və dünyagörüşü olan “NeoOrdo”nun yaradılması və rəhbərliyi ilə Xəzər regionunu maliyyə, texnologiya, logistika və innovasiya sahəsində qlobal mərkəzə çevirmək missiyasına görə sözügedən titula layiq görülüb. Bildirilir ki, Qlobal SCC Dünya Toxumları Təşəbbüsü çərçivəsində ilhamverici tərəfdaşlığınız Avrasiya daxilində yerli proqramlar vasitəsilə qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verir. Xəzər hövzəsində genişmiqyaslı ekoloji vəkillik və ekoloji maarifləndirmə vasitəsilə biomüxtəlifliyin qorunmasına və dayanıqlı dəniz ekosistemlərinin inkişafına töhfə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris İqlim Sazişinə olan öhdəliyiniz Avrasiya boyu yaşıl renessans, dairəvi iqtisadiyyat və iqlimə davamlı inkişaf konsepsiyası sözügedən fəxri adın verilməsini şərtləndirən amilllərdəndir."Bu titul şəxsi nailiyyətdən daha artıqdır — çiyinlərinizə yeni bir məsuliyyət qoyur: daha geniş miqyasda təbiət, canlılar, insanlıq arasında harmoniyanı bərpa etmək missiyasını davam etdirmək. Bu titulun verilməsi ekologiya, təbiət elmləri və davamlı inkişaf sahəsində ideallarınızın qlobal səviyyədə tanınmasını göstərir",-deyə qeyd edilir.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
1
newscenter.az

2Источники