RU

Merts: Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına üzv olması mümkün deyil...

Almaniya kansleri üzvlük üçün tələb olunan meyarlara uyğunluğun vaxt tələb etdiyini bildirib...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına üzv olmasını mümkün hesab etmədiyini deyib. Onun sözlərinə görə, Aİ-yə üzv olmaq istəyən bütün ölkələr bir sıra siyasi, iqtisadi və institusional meyarlara cavab verməlidir və Ukrayna da bu baxımdan istisna deyil.

Kansler vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi olmalıdır, lakin bu perspektivin reallaşması üçün hələ bir neçə il tələb olunur. Merts qeyd edib ki, Aİ-yə inteqrasiya uzunmüddətli və mərhələli bir prosesdir və namizəd ölkələrin islahatları tam şəkildə həyata keçirməsi vacibdir. O, bu fikirləri Stern nəşrinə açıqlamasında səsləndirib.

Ukrayna prezidenti Vladimir Zelenski isə ölkəsinin 2027-ci il yanvarın 1-dək Avropa İttifaqına üzv olmasında israr edir. Zelenskiyə görə, Ukraynanın tez bir zamanda Aİ-yə qəbul edilməsi təkcə Kiyev üçün deyil, bütövlükdə Avropa üçün təhlükəsizlik zəmanətlərindən biridir.

Financial Times qəzetinin yazdığına görə, Avropa Komissiyasında hesab edirlər ki, Ukraynanın Aİ-yə üzvlüyü Kiyevin Rusiya ilə davam edən hərbi münaqişə fonunda ərazi güzəştlərinə razılaşması ehtimalını da gündəmə gətirə bilər. Hazırda Ukrayna 2022-ci ildə əldə etdiyi Avropa İttifaqına namizəd ölkə statusunu saxlayır və üzvlük üçün tələb olunan islahat prosesini davam etdirir.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники