RU

Nigar Camalın səhnə görüntüləri sosial medianı silkələdi

Müğənni Nigar Camal ötən gün Pop Diva Aygün Kazımovanın ad günü mərasimində səhnə performansı ilə diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, Avroviziya qalibimizin səhnədə nümayiş etdirdiyi şou, rəqs hərəkətləri və seçdiyi geyim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Doğum günü partisində lentə alınan görüntülər qısa zamanda yayılaraq tədbirin ən çox danışılan videolarından birinə çevrilib.

Qısa libasda səhnəyə çıxan Nigar Camalın rəqs zamanı bəzi kadrlarda alt geyiminin görünməsi də izləyicilərin diqqətindən yayınmayıb. Sözügedən anlar sosial mediada sürətlə paylaşılaraq müxtəlif və ziddiyyətli rəylərə yol açıb.

Təqdim olunan görüntülər bir qisim istifadəçi tərəfindən cəsarətli səhnə obrazı kimi dəyərləndirilsə də, digərləri tərəfindən sərt tənqid edilib. Nigar Camalın performansı gecənin ən çox müzakirə olunan məqamlarından biri olub.(milli.az)

Избранный
13
publika.az

1Источники