BAKI, 29 yanvar. TELEQRAF
Quba rayonunda bir nəfər dəm qazından zəhərlənib.
Teleqraf-ın xəbərinə görə, Ələkbərov Asəf Mirzə oğlu özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.