RU

İstefa verdi, bir neçə saat sonra fikrini dəyişdi, işinə qayıtdı - AQP-də nə baş verir?

Azərbaycanda vəzifəli şəxs istefa verdikdən bir neçə saat sonra fikrini dəyişib və əvvəlki işinə qayıdıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Azər Niftiyev yanvarın 28-də axşam saatlarında özünün “Facebook” sosial şəbəkəsindəki hesabında və “Whatsapp” tətbiqində vəzifəsindən istefa verməsi ilə bağlı paylaşım edib.

Sözügedən xəbər mətbuatda geniş şəkildə yayılıb.

Onunla bağlı informasiya “Azər Niftiyev istefa verdi”, “Azərbaycanda vəzifəli şəxs istefa verdi”, “Azər Niftiyev vəzifədən getdi, bu qurum yetim qaldı” kimi başlıqlarla dərc olunub.

Amma üzərindən bir neçə saat keçdikdən sonra, Azər Niftiyev yenə öz sosial media səhifələrində qərarından daşındığını və palatada fəaliyyətini davam etdiyini bildirib:

“Bu gün bəzi mətbuat orqanlarında Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşmağımla bağlı xəbərlər yayılıb.

Məlumat üçün bildirim ki, başqa layihə ilə bağlı belə bir plan var idi. Mən bu barədə “wotchap” statusumda paylaşım etsəm də, sonradan bu qərar dəyişdi və hazırda palatada fəaliyyətim davam edir.

Bu arada medianın palata təyinatlarına və “xaric etmələrinə” yüksək diqqəti AQP-nin daim artan nüfuzundan xəbər verir”.

Vəssalam.

Amma Azər Niftiyevin niyə istefa verdiyi və daha sonra niyə fikrini dəyişdiyi məlum deyil.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
25
2
yenisabah.az

3Источники