Texnologiya şirkətlərinin güclü maliyyə hesabatları və gələcək ilə bağlı müsbət gözləntilər, eləcə də Microsoft və Meta kimi şirkətlərin açıqlamaları ABŞ-ın səhm bazarlarını yuxarıya "itələyib".
Marja xəbər verir ki, S&P 500 İndeksi 0,2 faiz artaraq tarixində ilk dəfə 7 min bənd səviyyəsini keçib. İndeksin ən yaxşı performans göstərən səhmlərindən biri gözləniləndən daha güclü satış proqnozları açıqlayan Starbucks olub.
Texnologiya yönümlü "Nasdaq 100" 0,7 faiz dəyər qazanıb, Dow Jones isə üfüqi hərəkət edib.
"Miller Tabak + Co" şirkətinin Baş Bazar Strateqisti Matt Maley bildirib ki, S&P 500-ün çərşənbə axşamı rekord qırmasına baxmayaraq, investorlar ehtiyatlı gözləmə mövqeyini qoruyur.