Danimarka baş nazirinin və Sosial-Demokratlar Partiyasının populyarlığı ABŞ prezidentinin Qrelandiya ilə bağlı iddiaları fonunda yüksəlib…
Poliqon xəbər verir ki, Danimarka baş naziri Mette Fredenriksen və rəhbərlik etdiyi Sosial-Demokratlar Partiyasının (SDP) reytinqi ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı təhdidlərindən sonra kəskin yüksəlib. Politico qəzetinin yazdığına görə, məhz Tramp Fredenrikseni “siyasi unudulmaqdan xilas edib”.
Danimarkalı konsaltinq şirkəti Megafonun keçirdiyi sorğuya görə, Fredenriksenin partiyasını respondentlərin 22,7%-i dəstəkləyib. Əgər parlament seçkiləri keçirilərsə, SDP 179 mandatdan 41-ni qazana bilər. Voxmeter institutunun Ritzaus Bureau agentliyi üçün apardığı sorğu göstərir ki, Fredenriksenin hökumətinə dəstək 40,9%-dir ki, bu da son iki ilin ən yüksək göstəricisidir.
Nəşr yazır ki, “indi əsas məsələ Fredenriksenin siyasi üstünlükdən istifadə edərək yaxın vaxtlarda seçkilər təyin edib-etməyəcəyidir”.
Bundan əvvəl Fredenriksen bildirib ki, hazırkı şəraitdə Avropa ABŞ-ın iştirakı olmadan “özünü qorumaqda son dərəcə çətinlik çəkəcək”. O, bu sözləri NATO baş katibi Mark Rütte-nin Avropa təhlükəsizliyini ABŞ olmadan təmin edə bilməyəcəyi barədə açıqlamasına cavab olaraq səsləndirib.
Qeyd edək ki, daha əvvəl NATO baş katibi Mark Rütte Avropanın ABŞ-ın himayəsi dövrünün sona çatdığını və amerikalılar olmadan Avropanın özünü müdafiə edə bilməyəcəyini bildirmişdi.
Poliqon.info