RU

ABŞ prezidenti körpələr üçün investisiya hesabları elan etdi

ABŞ Prezidenti Donald Tramp yeni doğulmuş körpələr üçün Hökumət İnvestisiya Hesabları proqramını elan edərək şirkətləri ailələrə ianə etməyə çağırıb.

QHT.az xəbər verir ki, proqrama əsasən, 2025–2028-ci illər arasında doğulan hər uşağın hesabına ABŞ Maliyyə Nazirliyi tərəfindən 1000 dollar yatırılacaq və bu vəsait vergi təxirə salınmış indeks fondlarına yönəldiləcək. Rəsmi hesablar 4 iyul 2026-cı ildən fəaliyyətə başlayacaq və artıq yarım milyondan çox ailə qeydiyyatdan keçib. Ağ Ev ailələri bu hesablara əlavə ianələr etməyə təşviq edir və bəzi özəl investorlar böyük məbləğdə dəstək göstərib. Administrasiya hesab edir ki, bu proqram gənclərin gələcəkdə ev almasına, biznes qurmasına və maddi rifahına töhfə verəcək. Maliyyə analitiklərinin fikrincə isə maksimum töhfə ilə 28 yaşa qədər toplanacaq məbləğ təxminən 700 min dollar ola bilər.

 

R.İmanov

Избранный
17
qht.az

1Источники