RU

Süni intellekt müasir kriminalistikanın sütunlarından birinə meydan oxuyub

Yüz ildir aksioma hesab edilən şey, ehtimal ki, reallığa tam uyğun gəlmir.

QHT.az xəbər verir ki, süni intellekt barmaq izlərinin mütləq unikallığı prinsipini şübhə altına alıb. Alimlərin hazırladığı alqoritm 60 mindən çox barmaq izi üzərində aparılan təhlildə eyni şəxsə aid fərqli barmaqların izlərini təxminən 77% dəqiqliklə uyğunlaşdıra bilib. Model klassik xırda detallara deyil, ümumi struktur oxşarlıqlarına əsaslanır. Bu texnologiya cinayət araşdırmalarında şəxsiyyətin müəyyən edilməsini sürətləndirə bilər, lakin hələlik məhkəmələrdə birbaşa istifadə üçün hazır sayılmır. Kəşf həm kriminalistika, həm də biometrik təhlükəsizlik sistemləri üçün yeni yanaşmaların zəruriliyini göstərir.

 

R.İmanov

Избранный
15
qht.az

1Источники