“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.aia.az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 finala vəsiqə üçün PSJ (Fransa) və ya “Nyukasl” (İngiltərə) komandalarından biri ilə üz-üzə gələcək.Pley-off mərhələsinin püşkatması yanvarın 30-da təşkil olunacaq.Qurban Qurbanovun komandası liqa raundunu 10 xalla 22-ci pillədə başa vurub.aia.az