RU

Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək - VİDEO

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, hüquqşünas Sahib Məmmədov sözügedən müavinətin əvvəllər də olduğunu deyib.
 
Lakin indiyədək bu məbləğ əmək haqqının azı 2 misli qədər idi.
 
Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.
Избранный
37
11
moderator.az

10Источники