Yanvarın 25-də Xətai rayonu ərazisində həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq xəsarəti alan Şəfiqə Ələkbərovanın son durumu açıqlanıb.
Publika.az xəbər verir ki, TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.
"Ş.Ələkbərova Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb", - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşı Şəfiqə Ələkbərovaya 20 bıçaq zərbəsi vurub. E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.