RU

Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat: 200 şübhəli saxlanılıb

Türkiyədə son beş gündə aparılan kibercinayətkarlıq əməliyyatlarında 200 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

"Vətəndaşlarımızın bu şəxslər tərəfindən törədilə biləcək fırıldaqçılıq, qanunsuz qumar kimi kibercinayətlərdən maddi və mənəvi ziyan çəkməsinin qarşısını aldıq. Son 5 gündə 19 əyalətdə aparılan əməliyyatlarda tutulan şübhəlilərdən 65-i həbs olunub, 48-i məhkəmə nəzarəti altına alınıb və digərləri ilə bağlı proseslər davam edir",-nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
31
11
missiya.az

10Источники