RU

İrandakı aksiyalarda öldürülənlərin sayı 30 mini keçib - İDDİA

İranda keçirilən etiraz aksiyalarında öldürülən 6221 nəfərin kimliyi müəyyənləşdirilib, 17091 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.

Missiya.Az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, öldürülənlərdən 214-ü hökumət məmuru, 100-ü azyaşlı və 49-u etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir. Bununla yanaşı 42 min 324 nəfər həbs edilib.

Qeyd olunub ki, öldürülən və həbs olunanların sayının göstərilən rəqəmlərdən daha çox olduğu ehtimal olunsa da, internet kəsildiyinə görə bunu dəqiqləşdirmək mümkün deyil.

Hələlik təsdiq olunmamış bəzi məlumatlara görə, aksiyalarda öldürülənləri sayının 30 mindən çox olduğu vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
7
missiya.az

1Источники