RU

Günəş aktivliyi artır: maqnit qasırğası ola bilər

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Yanvarın 29-na keçən gecə Yer kürəsində zəif maqnit qasırğası qeydə alınıb və onun yaxın bir sutka ərzində təkrarlanması mümkündür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində qısamüddətli pozuntular və zəif səviyyəli maqnit qasırğası müşahidə olunub. Laboratoriyanın saytındakı qrafikə əsasən, maqnit qasırğası yanvarın 29-na keçən gecə baş verib.

Daha əvvəl yanvarın 28-də Günəşdəki koronal boşluğun təsiri səbəbindən geomaqnit aktivliyin artacağı bildirilmişdi.

“Planet hələ təxminən bir sutka koronal boşluğun təsir zonasında qalacaq. Bu müddət ərzində qısamüddətli geomaqnit pozuntuları və maqnit qasırğaları mümkündür”, — deyə məlumatda qeyd olunur.

Bundan əlavə, yaxın sutka ərzində Günəşin arxa tərəfində yerləşən aktiv sahələrin Yerə görünən tərəfə çıxması ehtimal edilir.

“Bununla əlaqədar olaraq, tendensiyanın tədricən dəyişəcəyi və alovlanmaların sayının yenidən artacağı gözlənilir. Bu artımın hansı səviyyəyə çatacağı həmin sahələr tam müşahidə zonasına daxil olduqdan sonra aydın olacaq”, — deyə açıqlamada vurğulanır.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
icma.az

1Источники