RU

ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”da 349-cu yerdə qərarlaşıb

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “QS Avropa Universitetləri Reytinqi 2026” nəticələrində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet son üç il ərzində 85 pillə irəliləyiş əldə edib. Son 1 il ərzində isə 45 pillə irəliləyərək 958 Avropa universiteti arasında 35,1 balla 349-cu yerdə qərarlaşıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

ADNSU eyni zamanda “QS Avropa: Qərbi Asiya” regional reytinqində də yüksəliş əldə edib. Belə ki, universitet son üç ildə 19-cu yerdən 16-cı yerə yüksəlib.

Göstərilən reytinqdə ADNSU-nun bir sıra göstəricilər üzrə ballarına nəzər saldıqda ciddi artımın daha çox hansı istiqəmtlər üzrə olduğunu görə bilərik. Belə ki, universitet “Məşğulluq göstəricisi” üzrə Avropa miqyasında 147-ci mövqedə yer alıb.

ADNSU-nun “Dayanıqlılıq” göstəricisi 2025-ci illə müqayisədə 1,4 baldan 39,6 bala yüksəlib və bu göstərici təqribən 28 dəfə artıb. “Əcnəbi müəllim nisbəti” göstəricisi üzrə 17,3 baldan 52 bala çatıb və təxminən 3 dəfə yüksəlib. “İşəgötürən nüfuzu” üzrə göstərici isə 20,5 baldan 50,4 bala yüksələrək təqribən 2,5 dəfə artıb. “Akademik nüfuz” göstəricisi 28,8 baldan 45,5 bala qalxıb və 58 faiz artım qeydə alınıb. “Məşğulluq göstəricisi” 50,3 baldan 72,2 bala yüksəlib və 43,5 faiz artıb. “Fakültə–tələbə nisbəti” göstəricisi isə 48,6 baldan 64,5 bala yüksələrək 32,7 faiz artım nümayiş etdirib.

Qeyd olunan nəticələr ADNSU-da son illər həyata keçirilən institusional islahatların, beynəlxalqlaşma strategiyasının və təhsil-tədqiqat mühitinin gücləndirilməsinin real göstəricisi kimi dəyərləndirilib.

Избранный
31
4
azertag.az

5Источники