RU

Novruz və Ramazan bayramı üst-üstə düşür: Bəs neçə gün iş olmayacaq?

Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi cəmiyyətdə qeyri-iş günlərinin sayı ilə bağlı suallar yaradıb. Maraqlıdır, bayram günləri eyni tarix aralığına düşdükdə qeyri-iş günlərinin sayı avtomatik artırıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərinin tətbiqi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Onun sözlərinə görə, mart ayının 20, 21, 22, 23 və 24 tarixləri qeyri-iş günləri hesab olunur.

“20 və 21 mart tarixləri həftənin şənbə və bazar günlərinə təsadüf etdiyinə görə avtomatik olaraq 25 və 26 mart da qeyri-iş günü elan edilir. Eyni zamanda, 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılır. Belə ki, 28 və 29 mart tarixləri onsuz da həftəsonuna düşdüyü üçün qeyri-iş günü hesab olunur”, – deyə hüquqşünas qeyd edib.

Ramil Süleymanov əlavə edib ki, bununla bağlı Əmək Məcəlləsində müvafiq müddəalar mövcuddur. Onun sözlərinə görə, əməkdaşlar bu qeyri-iş günlərində işə cəlb olunacaqları təqdirdə, onlara hər gün üçün hesablanan orta əməkhaqqının ən azı iki misli məbləğində ödəniş verilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
30
1
konkret.az

2Источники