RU

Razılaşdılar: Bu ölkənin pullarına ABŞ nəzarət edəcək

Venesuelanın müvəqqəti hökuməti ABŞ prezidenti Donald Trampın administrasiyasına aylıq "büdcə" təqdim etməyə razılıq verib.

Publika.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Lakin buna şübhə ilə yanaşan Demokratlar planı kəskin tənqid atəşinə tutublar.

Havaydan olan Demokrat senator Brayan Şats Rubioya deyib: "Düşünürəm ki, bu, yeni bir şeydir. Qəribədir. Hətta qəbuledilməz də ola bilər".

Şats Tramp administrasiyasının belə bir hesab yaratmaq və idarə etmək üçün qanuni səlahiyyətlərini şübhə altına alıb. O, həmçinin administrasiyanın ABŞ və Venesuela arasında yazılı müqavilənin mətnini açıqlamamasından şikayətlənib.

Избранный
14
publika.az

1Источники