RU

Qrenlandiya üzrə üçtərəfli danışıqlar

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ölkələr arasında aylarla davam edən gərginlikdən sonra yanvarın 28-də ABŞ, Qrenlandiya və Danimarka arasında danışıqlar başlayıb. “Kopenhagenin qırmızı xətlərinə sadiq qalaraq Danimarka, Qrenlandiya və ABŞ-dən olan yüksək vəzifəli məmurlar Vaşinqtonun Arktika ilə bağlı təhlükəsizlik problemlərinin necə həll olunacağını müzakirə etmək üçün görüşdülər”, - Danimarkanın Xarici İşlər Nazirliyinin agentliyə verdiyi yazılı şərhdə deyilir.

Tramp Qrenlandiyanı hədələyib

ABŞ-nin dövlət katibi Marko Rubio yanvarın 28-də bildirib ki, Vaşinqton hazırda Qrenlandiya ilə bağlı “müsbət” nəticə verməli olan texniki məsləhətləşmələrlə məşğuldur. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə Parisdəki Sciences Po Universitetində çıxışında ABŞ ilə danışıqlarda keçilməsi mümkün olmayan qırmızı xətlərin olduğunu deyib. Xatırladaq ki, yanvarın 21-dən sonra ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı qarşıdan gələn razılaşmanın əsasını qoyduğunu açıqlamışdı. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
2
azvision.az

3Источники