Dağıstanda terror aktı planlaşdıran silahlılar məhv edilib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Dağıstanda terror aktları hazırlayan iki silahlı zərərsizləşdirilib. Məlumata görə, terror təşkilatına (Rusiyada qadağan olunmuş) beyət edən iki yerli sakin dəmir yolunda partlayış törətməyi planlaşdırıblar.
Həmin şəxslər terror aktını həyata keçirməyə cəhd edərkən FTX əməkdaşları tərəfindən məhv ediliblər. Hadisə yerindən silah-sursat və partlayıcı maddələrin aşkar edildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az