Paltaryuyan maşınlarda corabların birinin itməsi gündəlik ev işləri zamanı tez-tez qarşılaşılan problemdir. Bir çox ailə üçün corabların digər tayı yuyulub çıxmır və insanlar sual edir: corablar haraya gedir?
Pravda.az bildirir ki, corabların itməsi adətən paltaryuyan maşının mexaniki quruluşundan irəli gəlir. Corablar tez-tez paltaryuyan maşının tamburunun içində, qapı lastik contasında və ya filtr sahəsində sıxışır. Bəzən isə maşının alt və arxa hissələrindəki boşluqlara düşərək görünməz olur. Eyni zamanda, paltarların qatları arasında, məsələn, jaket, şalvar və ya çarşafların içində gizlənmiş corablar da itmiş kimi görünə bilər.
Corabların itirilməməsi üçün tövsiyələr:
Corabları yuyulmadan əvvəl torlu yuyucu torbaya qoymaq, onların bir yerdə qalmasına kömək edir.
Corab cütlərini bir-birinə bağlamaq, itmə riskini azaldır.
Paltaryuyan maşını çox doldurmamaq, corabların boşluqlara düşmə ehtimalını azaldır.
Mütəxəssislər vurğulayırlar ki, corabların paltaryuyan maşında itməsi “sirr” deyil – bu, maşının strukturu və yuyulma vərdişlərinin nəticəsidir.
Əminə Bayramova