RU

Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən dərhal araşdırma başlanılıb və müəyyən edilib ki, bu ilin yanvarın 23-də Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi “Chevrolet Cobalt”markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.

BDYPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

“BDYPİ sürücülərə bir daha xatırladır ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geridönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir. Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da tərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcək”,- deyə məlumatda qeyd olunub.

Избранный
11
36
azertag.az

10Источники