RU

“Qarabağ”ın potensial rəqibləri, püşkatmanın və növbəti oyunun tarixləri bəllidi

“Qarabağ” UEFA Çempionlar Liqasında Liqa mərhələsini 22-ci pillədə başa vurdu və mərhələni 10 xalla tamamlayaraq pley-off mərhələsinə yüksəldi.

İdmanxeber.az-ın məlumatına görə, pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkün nəticəsinə əsasən, “Qarabağ” 11–12-ci yerləri tutan komandalardan biri ilə qarşılaşacaq. Ağdam klubu bu mərhələdə mümkün rəqibləri Fransa təmsilçisi PSJ və İngiltərənin “Nyukasl” klubudur.

Pley-off mərhələsinin ilk oyunları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində baş tutacaq.

Избранный
6
idmanxeber.az

1Источники