RU

Dünyanın gözü Azərbaycanda: Bakı qlobal siyasətin mərkəzinə çevrilir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 13-cü Qlobal Bakı Forumunun 12-14 mart 2026-cı ildə keçiriləcəyini elan edib. Forum qlobal təhlükəsizlik, iqtisadiyyat və diplomatiya mövzularında yüksək səviyyəli debatlar üçün mühüm platformadır.

Bakıda keçiriləcək forum çərçivəsində 400-dən çox beynəlxalq qonağın qəbul edilməsi gözlənilir.

Qlobal Bakı Forumunun gündəliyi Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 13-cü Qlobal Bakı Forumu ənənəvi halda mütəmadi olaraq keçirilən bir tədbirdir:

"Bu cür mötəbər tədbirlərin ölkəmizdə keçirilməsinin iki mühüm əhəmiyyəti var. Birincisi, bu, ölkənin tanıdılması ilə bağlıdır. İstər siyasi, istər iqtisadi və istərsə də turizm baxımından bu cür tədbirlərin keçirilməsi əhəmiyyət kəsb edir.

İkincisi, bu tədbir Azərbaycan dövlətinin beynəlxalq təhlükəsizlik və sülhə verdiyi töhfəni göstərir. Məlumdur ki, xüsusilə son dövrlər dünyada nizam tamamilə pozulub. Yəni, sülhdən danışmaq çox çətin bir hal alıb. Belə bir vəziyyətdə ölkəmizin sülh təşəbbüsünü icra etməsi bir ümid yaradır ki, ən azından dünyada bu prosesi dəstəkləyən dövlətlər var".

Samir Hümbətov: Ölkəmizin sülh təşəbbüsünü icra etməsi bir ümid yaradır ki, dünyada bu prosesi dəstəkləyən dövlətlər var

S.Hümbətov hesab edir ki, nəzərdə tutulan forum qlobal təhlükəsizlik, diplomatiya və iqtisadiyyat kimi sahələrə böyük töhfələr verəcək və tarixə düşəcək.

"Azərbaycanın irəli sürdüyü təşəbbüslər yalnız özü üçün deyil, bütövlükdə dünya və region siyasəti üçün çox böyük əhəmiyyət daşıyır. O baxımdan bu forum beynəlxalq tədbir olaraq qlobal təhlükəsizlik və sülh üçün müsbət təsirlərə malik olacaq", - deyə Samir Hümbətov əlavə edib.

Gülşən Şərif

Избранный
19
1
bakivaxti.az

2Источники