Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Archives of Sexual Behavior" jurnalında dərc olunmuş bir araşdırmaya görə, kişilərin 23,2 faizi və qadınların 19,2 faizi hazırkı münasibətlərində xəyanət ediblər. Bəzi insanlar partnyorlarının sədaqətinə şübhə edərək onu təqib etməsi üçün özəl detektivə müraciət edirlər. Kolumbiyanın məşhur özəl detektiv agentliyi olan "Asesores-IP SAS Colombia"nın baş direktoru Xorxe İzkierdo Rusiyanın ən böyük və ən çox oxunan onlayn xəbər resurslarından biri "lenta.ru"ya xəyanətkarı müəyyən etməyə kömək edə biləcək əlamətlər barədə danışıb. Qeyd edək ki, sözügedən agentlik həmçinin itkin düşmüş şəxslərin araşdırılması, hüquqi məsələlər, korporativ araşdırmalar və təlimlər üzrə ixtisaslaşıb. "Lenta.ru"nun məlum müsahibəsini təqdim edirik.
-Partnyorun xəyanəti ilə bağlı araşdırma aparmaq üçün agentliyinizə ən çox kim müraciət edir? Bu tip insanın tipik profili varmı?
-Xəyanət araşdırmaları bütün sorğuların 55-60 faizini təşkil etsə də, biznes və hüquqi araşdırmalardan fərqli olaraq, qəti müştəri profili yaratmaq mümkün deyil. Bu müştərilər gəncdən yaşlıya, yüksək iqtisadi statusdan aşağı gəlirli insanlara qədər dəyişə bilər. Xəyanət sosial statusundan və ya təhsil səviyyəsindən asılı olmayaraq hər kəsə təsir edə bilər. Lakin son 10 ildə daha çox kişilər nikahdan sonrakı xəyanət ilə bağlı araşdırmalar aparmağa çalışırlar.
-Sizcə, hansı araşdırma ən qeyri-adi idi?
-Bir müddət əvvəl belə bir hal baş vermişdi. Bir qadın partnyorunun ondan başa da sevgilisi olduğundan şübhələnərək bizimlə əlaqə saxladı. Araşdırmaya başlayanda təkcə qadın deyil, həm də özümüz təəccübləndik. Əslində, kişi ikili həyat sürürdü, amma partnyoru olduğuna görə yox. Onun digər həyatı gecə klubları ilə bağlı idi və o, homoseksual idi. Başqa sözlə, o, adi həyatını yalnız ictimai normalara uyğunlaşmaq üçün yaşayırdı.
-İnsanların partnyorunun xəyanət etdiyindən şübhələndiyini göstərən əlamətlər hansılardır?
-Partnyorun sədaqətinə şübhə yarada biləcək ən əhəmiyyətli əlamətlər gündəlik iş rejimindəki dəyişikliklərdir, daha çox makiyaj, ətir, idman salonuna baş çəkmək, geyim tərzindəki dəyişikliklər və s. Adətən işdən sonrakı axşamlar və ya həftəsonları əlavə iş görüşlərinin meydana çıxması, gözlənilməz iş səfərləri, korporativ təlimlər və ya sosial tədbirlər, smartfona parol qoymaq, zənglərə sakit səslə cavab vermək və ya pıçıldamaq, uyğun olmayan vaxtlarda "dost"dan və ya "həmkar"dan çoxlu sayda şifrələnmiş mesaj almaq, gülünc bəhanələrlə ailə tədbirlərində iştirak etmək istəməmək, mobil telefonu təyyarə rejiminə keçirmək və ya stola qoyanda üzü aşağı çevirmək kimi əlamətlər də tərəf müqabilinizin sizə xəyanət etdiyini göstərən amillərdir.
-İstintaq necə davam edir?
Biz adətən işə müştəri ilə şəxsən və ya virtual görüşlə başlayırıq. Görüş zamanı müştəri işin mahiyyətini izah edir. Gözlənilən nəticələri (həm müsbət, həm də mənfi), eləcə də potensial müddətləri aydın şəkildə göstərən müxtəlif araşdırma yanaşmaları təklif edirik. İstintaq üç gündən bir aya qədər davam edə bilər. Razılıq əldə edildikdən sonra istintaq prosesi başlayır. Məsələn, yalnız müşahidə və monitorinq tələb olunarsa, müştəri hər iki-üç saatdan bir bizdən hesabat alacaq. Hər hesabata fotoşəkillər və video görüntülər daxildir. Biz bunu müştərini istintaqın gedişatı barədə məlumatlandırmaq üçün edirik. Bəzi hallarda, xəyanət sübutları və istintaqın özü məhkəmə proseslərində təsdiqlənməli və sənədləşdirilməlidir. Mütəxəssislərimiz də bunu həll edə bilərlər.
-İstintaq qarşı tərəfə nə qədər vəsaitə başa gəlir?
-Ölkəmizdə orta qiymət iş saatlarının sayından asılı olaraq gündə 200-350 dollardır. Bu, səkkiz saatdan 12 saata qədər dəyişə bilər. Biz adətən müştərilərə əvvəlcədən sabit qiymət təklif etməyə çalışırıq ki, onlar istintaqa nə qədər investisiya qoymaq lazım olduğunu əvvəldən bilsinlər.
-Detektivlər istintaq zamanı təhlükəli vəziyyətlərlə qarşılaşıblarmı?
-Xəyanət istintaqları zamanı heç bir təhlükəli vəziyyətlə qarşılaşmamışıq. Lakin oğurluq və fırıldaqçılıqla bağlı apardığımız dediktiv araşdırmaları zamanı mümkündür. Şirkətlər daxilində cinayətkar dəstələri dağıtmaq məcburiyyətində qalmışıq. Cinayəti aşkar edib sübut etdikdən sonra təhqir və təhdidlərlə qarşılaşmışıq. Lakin bu, cinayətkarların başa düşülən reaksiyasıdır.
- Tutaq ki, xəyanət etdiyindən şübhələndiyi həyat yoldaşını araşdıran müştəriniz şübhələrində haqlı çıxır, amma mümkündür ki, bəzən də haqlı çıxmaya bilir. Müştərilər bu hallarda necə reaksiya verirlər? Xəyanət etməyinə şübhələndikləri sevdiyi insana qarşı özlərini günahkar hiss etdilərmi?
-Bəli, xəyanətin sübut edilə bilmədiyi hallar olub. Bu baş verdikdə, müştərilərimiz günahkar hiss etmək əvəzinə, münasibətlərini yenidən qiymətləndirirlər və partnyorlarının davranışındakı dəyişikliyin xəyanətdən deyil, digər amillər səbəbindən artıq pisləşmiş münasibətin məhz özündən qaynaqlandığını anlayırlar.
-Siziə müraciət edənlərin bu hərəkətinin bir-birinə olan etibarsızlığın göstəricisi olduğu ilə razısınızmı? Sizcə, xəyanət olmasa belə, belə bir münasibət uzun müddət davam edə bilərmi?
-Münasibətdə etibarsızlıq keçmiş münasibətlər, iş, ailə və ya hüquqi status haqqında məlumatları gizlətmək kimi sadə vəziyyətlərdən də yarana bilər. Buna görə də etibarsızlığın xüsusi olaraq bizimlə əlaqə saxlamağımızdan qaynaqlandığını düşünmək səhv olardı. Əgər hərtərəfli araşdırmadan sonra belə inamsızlıq davam edərsə, düşünmürəm ki, belə bir münasibət uzun sürəcək, çünki problem insanın özündədir. Məsələn, keçmişdə çox gərgin olan və insanlara qarşı ümumi inamsızlığa səbəb olan təcrübələr səbəbindən onların etibar problemləri ola bilər. Həmçinin, kiminsə indi qısqanclığa meylli olması da mümkündür.
-Son illərdə fırıldaqçılıq hallarının artdığını düşünürsünüzmü? Xidmətlərinizin populyarlığı artıbmı?
-Bəli, fırıldaqçılıq son illərdə mütləq artıb. Aydındır ki, cəmiyyət dəyər itkisi yaşayır və sosial media dünyası buna töhfə verib, kişiləri və qadınları daha da çox əxlaqsızlığa sürükləyib. Nəticə etibarilə, xidmətlərimizə tələbat da artıb.
-Partnyorunun xəyanət etdiyinə dair şübhələrdən əziyyət çəkən birinə hansı məsləhəti verərdiniz?
-Bütün şübhələri aradan qaldırmaq vacibdir, çünki əks halda qeyri-müəyyənlik xərçəngdən daha təhlükəli olur, çünki bu, tədricən partnyorunun davranış dəyişikliklərinin əsl səbəbi ilə bağlı narahatlıq və şübhə ilə yaşayan insanın zehni sağlamlığını məhv edir.
Lalə Mehralı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.