ain.az, Ses qazeti portalına istinadən məlumat verir.
İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyi Teatr Xadimləri İttifaqı ilə birgə 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirdi.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov açaraq 2 fevral Gənclər Günü münasibəti ilə gəncləri təbrik etdi. İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyi ilə keçirilən tədbirin yaradıcı və istedadlı gənclərin aşkarlanması və inkişafına xüsusi töhfə verəcəyini, birgə əməkdaşlıq nəticəsində bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini vurğuladı.
Məruzə ilə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin sədri Turanə Orucova çıxışında 1996-cı ilin fevral ayının 2 -də Müstəqil Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun keçirildiyini , həmin tarixin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü kimi qeyd edildiyini bildirdi.
Natiq 1999-cu ildə imzalanan Dövlət Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını, Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanununu, bu sahədə həyata keçirilən Dövlət Proqramlarını və s. gənclərin bütün sahələrdə inkişafına öz müsbət töhfəsini verdiyini və bu günkü müstəqil, güclü , qalib Azərbaycan gəncliyinin formalaşmasını təmin etdiyini bildirdi.
Tədbirdə çıxış edənlər : Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Teatr Xadimləri İttifaqının sədr müavini, əməkdar artist, professor Azad Şükürov, Yeni Azərbaycan partiyası Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev, Nərimanov rayon Gənclər və idman sektorunun müdiri Bahəddin Hüseynov, 5-ci çağırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Onur Plast suvarma sistemləri MMC-nin direktoru Zöhrab Mustafazadə, AYB-nin üzvü, prezident mükafatçısı, şairə Zöhrə Qaraqızı və gənclər çıxış edərək 2 fevral Gənclər gününün əhəmiyyətindən, gənclərin inkişafı istiqamətində həyata keçirilən Dövlət Proqramlarından bəhs etdilər.
Tədbirdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Seleymanlıya həsr olunmuş jurnal paylanıldı.
İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin və Teatr Xadimləri İttifaqının rəhbərlərinin imzası ilə 30 nəfər yaradıcı və istedadlı gənclər Təşəkkürnamə ilə təltif edildilər.
Tədbir İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin “Zəfər yurdu” ansamblının kollektivinin repertuarında vətənpərvərlik musiqiləri ilə davam etdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.