RU

Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit təklif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Ərdoğan bu təklifi 27 yanvarda ABŞ Prezidenti ilə telefon danışığı zamanı irəli sürüb. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsinə çağırıb. 

Qəzetin şərhçisi Hande Fırat yazıb: “Məlumatlara görə, Tramp Ərdoğanın təklifinə müsbət yanaşıb”.

"Hürriyet" qəzeti həmçinin İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib.

Aynur Babazadə

Избранный
3
bakivaxti.az

1Источники