RU

Bakıda yük avtomobilinin səbəb olduğu zəncirvari qəzanın anbaan görüntüləri

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ötən gün Xətai rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri yayımlanıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə "Mercedes" markalı kiçiktutumlu yük avtomobilinin yüksək sürətlə işıqforun yaşıl işığında hərəkət edən digər avtomobillərə çırpıldığı əks olunur.

Avtomobilin hansı səbəbdən idarəetmədən çıxması məlum deyil.

Qeyd edək ki, sözügedən yol-nəqliyyat vasitəsi ilə bağlı ötən gün məlumat vermişdik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-a verilən məlumatda Xətai rayonu ərazisində, 8 Noyabr prospektində "Fiat" markalı, 77-HA-890 dövlət nömrə nişanlı, "Mercedes" markalı, 77-CH-175 dövlət nömrə nişanlı və "Hyundai" markalı 77-US-308 nömrəli avtomobillər toqquşduğu bildirilmişdi. Hadisə nəticəsində bir nəfər xəsarət almışdı.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
oxu.az

1Источники