Aktual.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
"Minnesota ştatının Nümayəndələr Palatasına 2 dairədə (64A və 47A) seçkilər keçirildi və hər iki yeri demokratlar (Meq Luger və Şelli Bak) qazandı.
Maraqlı məqam ondadır ki, Meq Luger öz dairəsində 95% səs topladı, rəqibi respublikaçı Den Uolş isə 4.4% səslə kifayətlənməli oldu.
Belə getsə, bu ilin noyabr ayında Konqresə seçkilərdə ABŞ-ı "mavi dalğa" ("mavi dalğa” - demokratların böyük fərqlə qələbəsi) yox, "mavi sunami” gözləyir”, - o bildirib.