RU

Çində 73 nəfər futboldan ömürlük diskvalifikasiya olundu

Çində futbolda oyun alqı-satqısı və korrupsiyaya qarşı tədbirlər çərçivəsində 73 nəfəri futboldan ömürlük uzaqlaşdırıb və doqquz yüksək liqa klubunun xalı silinib.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Cəzalandırılanlar arasında Çin milli komandasının sabiq baş məşqçisi və "Everton"un keçmiş futbolçusu Li Te, eləcə də Çin Futbol Assosiasiyasının (CFA) sabiq prezidenti Çen Süyüan da var.

2019-2021-ci illərdə milli komandaya rəhbərlik etmiş Li və Çen milyonlarla dollar məbləğində rüşvət almaqda təqsirli biliniblər. Li 20 il müddətinə azadlıqdan məhrum edilib, Çen isə ömürlük həbs cəzası alıb.

Избранный
5
8
day.az

10Источники