RU

İran internet kəsintilərinə görə ictimaiyyətdən üzr istədi

İranın vitse-prezidenti Hüseyn Afşin 8 yanvardan bəri davam edən internet kəsintilərinə görə ictimaiyyətdən və xüsusilə rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən şirkətlərdən üzr istəyib.

Bakıvaxtı.az İran KİV-ə istinadla xəbər verir ki, o, doktorantların dissertasiya müdafiələrinin belə təxirə düşməsinə səbəb olan fasilələrin ölkə üzrə ciddi narazılıq yaratdığını bildirib.

Rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi kəsintilərin iqtisadiyyata gündə 34,5 milyon dollar zərər vurduğunu açıqlayıb.

Qeyd edək ki, internet blokadası Tehranda 8 yanvar etirazlarından sonra tətbiq edilib.

Əli Hüseynov

Избранный
10
bakivaxti.az

1Источники