RU

Koçaryan: Seçkilərdə iştirak edəcəyimiz formatla bağlı hələ yekun qərar verməmişik

Ermənistanın ikinci prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Koçaryan parlament seçkilərində iştirak edəcəkləri formatla bağlı hələ də müzakirələr apardıqlarını bildirib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, Koçaryan bunu bu gün mətbuat konfransında bildirib.

Koçaryanın sözlərinə görə, onlar 2021-ci il seçkilərində iştirak etdikləri formatda qatılmağa meyillidirlər, lakin hələlik yekun qərar verməyiblər.

Ermənistanın ikinci prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərar fevral ayında veriləcək.

Koçaryan Baş nazirliyə namizədlərinin kim olacağı məsələsinə də münasibət bildirib. O, fevralın əvvəlində ictimai rəy sorğuları keçirəcəklərini və nəticələrə əsasən namizədin kim olacağına qərar verəcəklərini vurğulayıb.

“Əgər sorğularda mən lider olacağamsa, o zaman namizədliyi irəli sürəcəyəm. Əgər məlum olarsa ki, bizim alyansımızda daha çox səs toplaya biləcək biri varsa, o, namizəd olacaq”, - Ermənistanın ikinci prezidenti əlavə edib.

Koçaryan, həmçinin bu dəfə geniş müxalifət ittifaqı üçün daha yaxşı şansların olduğu fikrini bildirib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.

Избранный
5
3
apa.az

4Источники