İran ABŞ-ın mümkün hərbi zərbəsinə qarşı sərt cavab verməyə hazır olduğunu bəyan edib.
İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 28-də bildirib ki, ölkənin silahlı qüvvələrinin “barmaqları tətikdədir” və Vaşinqtonun istənilən hərbi addımı güclü qarşılıqla cavablandırılacaq.
Nazirin sözlərinə görə, ötən il İsraillə baş vermiş 12 günlük münaqişədən sonra İranın hərbi imkanları daha da güclənib və Tehran mümkün hücuma “daha güclü, daha sürətli və daha dərin” cavab vermək potensialına malikdir.
Bununla yanaşı, Abbas Əraqçi diplomatik kanalların hələ də açıq olduğunu vurğulayıb. O bildirib ki, İran “ədalətli, balanslı və qarşılıqlı faydalı” nüvə sazişi üzrə danışıqlara hazırdır.
Rəsmi Tehranın bu açıqlaması Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə ABŞ–İran münasibətlərində yeni eskalasiya riski kimi qiymətləndirilir.
Musavat.com