RU

Masallıda üçəm dünyaya gəlib

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub. Tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın yanvarın 24-də tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2 kiloqram, 2.5 kiloqram və 2.3 kiloqram, boyları isə iki körpədə 48 santimetr, digər körpədə 47 santimetr olub.

Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

Избранный
43
22
xezerxeber.az

10Источники