"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında kataloniyalıların sabiq ulduzu Lionel Messinin rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, polşalı forvard buna əsas mərhələnin 8-ci turunda "Kopenhagen"ə qol vurmaqla nail olub.
"Barselona"nın mətbuat xidmətinin məlumatına görə, Danimarka klubu Robertin karyerasında Çempionlar Liqasında məyus etdiyi 40-cı komanda olub. Messi də eyni göstəriciyə malikdir.
Üçüncü yerdə Kriştianu Ronaldudur. Portuqaliyalı superulduz ÇL-də 38 komandanın qapısına yol tapıb.